Ronaldo 3 milyon izləyici itirdi

Ronaldo 3 milyon izləyici itirdi
İnstaqramda ən çox izləyicisi olan şəxslərdən biri Kristiano Ronaldo platformada yaranan çökmədən sonra 3 milyon izləyici itirib.
4 saat boyunca yaranan problem zamanı milyonlar hesaba girmək mümkün olmamış, telefona bağlı olmayan instaqram səhifələrinin silindiyi ortaya çıxmışdı. Bu hadisənin təsir etdiyi şəxslərdən biri də Ronaldo olub.
Onun 3 milyon izləyicisi azalaraq təqibçi sayı 393 milyona düşüb.                     
Qeyd edək ki, futbolçunun hər paylaşımdan 1,5 milyon dollar qazandığı iddia edilir.
Gundelik-Baku.Org