2022-ci ilin ən bahalı oyunçuları - SİYAHI

2022-ci ilin ən bahalı oyunçuları - SİYAHI
“Benfika” və Argentina yığmasının yarımmüdafiəçisi Enzo Fernandes 2022-ci ilin ən bahalı oyunçusu seçilib. 
Bu barədə “Transfermarkt.de” portalı məlumat yayıb.
İlin əvvəlində yarımmüdafiəçinin dəyəri beş milyon avro idisə, indi 55 milyona (1000 faiz artıb) yüksəlib. "Mançester Yunayted"in braziliyalı cinah oyunçusu Antoni də eyni - 50 milyon avro bahalaşıb. İlin əvvəlində dəyəri 25 milyon olduğu üçün artım 200 faiz olub.
Reytinqdə yeddinci sırada “Rubin”in keçmiş futbolçusu Xviça Kvaratsxeliya yer alır. “Napoli”nin gürcü yarımmüdafiəçi  60 milyon avro qiymətləndirilir, bir il ərzində onun qiyməti 44 milyon (və ya 275 faiz) bahalaşıb.
Enzo Fernandes 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi ilə birlikdə titul qazanıb və turnirin ən yaxşı gənc oyunçusu seçilib. Dünya çempionatında 21 yaşlı yarımmüdafiəçi yeddi oyun keçirib, o, bir qol vurub və bir məhsuldar ötürmə verib.
Gundelik-Baku.Org