“Bavariya” Harri Keynin transferindən imtina etdi - SƏBƏB

“Bavariya” Harri Keynin transferindən imtina etdi - SƏBƏB
"Bavariya" rəhbərliyi komandanın mərkəz hücumçusu mövqeyini bağlaya biləcək futbolçu axtarır. 
Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, “Tottenhem”in hücumçusu Harri Keyn Münhen üçün variantlardan biri hesab olunurdu.
Mənbənin sözlərinə görə, bavariyalılar İngiltərə millisinin futbolçusunun yüksək transfer haqqı və London klubuna sadiqliyinə görə imtina edib. “Transfermarkt”ın məlumatına görə, 29 yaşlı futbolçunun transfer dəyəri 90 milyon avro qiymətləndirilir.
Əlavə edək ki, Keyn “Tottenham” Akademiyasının yetirməsidir. O, klubda olduğu müddətdə 410 oyun keçirib, 262 qol vurub və 62 məhsuldar ötürmə verib.
Gundelik-Baku.Org