Ukrayna səhiyyə sisteminin bərpası üçün 100 milyon avro alacaq

Ukrayna səhiyyə sisteminin bərpası üçün 100 milyon avro alacaq
Ukrayna səhiyyə sisteminin bərpası üçün Dünya Bankından 100 milyon avro alacaq.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 
Qeyd olunur ki, Ukrayna ilə Dünya Bankı arasında 100 milyon avro məbləğində kreditin və Qlobal Maliyyələşdirmə Fondundan 10 milyon dollar məbləğində qrantın cəlb edilməsinə dair protokol imzalanıb.
Bu pul psixi sağlamlıq və reabilitasiya, stasionar müalicənin səmərəliliyinin artırılmasına xərclənəcək. 
Gundelik-Baku.Org