"Bavariya" "Çelsi"nin bu futbolçusunu alır

"Bavariya" "Çelsi"nin bu futbolçusunu alır
“Bavariya” “Çelsi”nin hücumçusu Kay Havertslə maraqlanır.
Xarici media bildirir ki, “Bavariya” Haverts ətrafındakı vəziyyəti diqqətlə izləyir. Almaniya millisinin futbolçusunun rekordçu düşərgəsinə keçidi artıq yay transfer pəncərəsində baş tuta bilər. Transfer məbləğinin 40 milyon avro ilə 60 milyon avro arasında dəyişmək ehtimalı var.
23 yaşlı Haverts 2019-cu ildə “Bayer Leverkuzen”dən 80 milyon avroya “Çelsi”yə transfer olunub. Alman aristokratlarla 2021-ci ildə “Mançester Siti” ilə finalda (1:0) qələbə qolunu vuraraq Çempionlar Liqasının qalibi olub. Haverts həmçinin 2022-ci ildə Klublararası Dünya Kubokunu və Avropa Super Kubokunu qazanıb.
Gundelik-Baku.Org