Dünya çempionu “Çelsi”yə keçməyə razılaşdı

Dünya çempionu “Çelsi”yə keçməyə razılaşdı
Lissabonun “Benfika” və Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes “Çelsi” yə keçməyə razılaşıb.
İtaliyalı insayderlərin məlumatına görə, klublar danışıqlara başlayıb. Müqaviləyə əsasən futbolçu üçün təzminat məbləği 120 milyon avro olsa da, londonlular daha az ödəniş etməyi və eyni zamanda portuqalların istəklərini təmin etməyi planlaşdırır.
Daha əvvəl mətbuatda futbolçu ilə "Liverpul" və "Mançester Yunayted"in də maraqlandığı barədə məlumatlar yayılsa da, məsələ heç vaxt konkret təkliflərə gəlməyib.
Fernandes bu mövsüm 24 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Argentina millisinin tərkibində Enzo dünya çempionu olub.
Gundelik-Baku.Org