"Çelsi" 22 yaşlı ukraynalı futbolçunu 110 milyon avroya aldı

"Çelsi" 22 yaşlı ukraynalı futbolçunu 110 milyon avroya aldı
"Çelsi" 22 yaşlı ukraynalı futbolçu Mixailo Mudriki "Şaxtyor"dan 110 milyon avroya alıb.
"Çelsi" rəsmi saytında "Şaxtyor"dan hücumameyilli yarımmüdafiəçi Mixailo Mudrikin transferini açıqlayıb. Ukrayna millisinin 22 yaşlı futbolçusu London klubu ilə səkkiz il yarımlıq müqavilə imzalayıb .
Transfer məbləği 110 milyon avro (70 dərhal və 40 bonus olaraq) qiymətləndirilir və oyunçunun özü ildə 7,5 milyon avro qazanacaq.
Bu mövsüm Mudrik "Şaxtyor"un heyətində 24 oyunda 10 qol vurub və 8 məhsuldar ötürmə edib. Çempionlar Liqasında altı matçda üç qol və iki məhsuldar ötürmə var.
Yarımmüdafiəçi Ukrayna millisinin heyətində 8 oyun keçirib və indiyədək bir qol da vurmayıb.
Mudrik 1999-cu ildə 43,8 milyon avroya Kiyev Dinamosundan Milana keçən Andriy Şevçenkonu qabaqlayaraq, tarixin ən bahalı ukraynalı futbolçusu oldu.
 
Gundelik-Baku.Org