46 yaşlı kişi QƏTLƏ YETİRİLDİ

46 yaşlı kişi QƏTLƏ YETİRİLDİ
Gəncədə qətl hadisəsi törədilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakini, 1976-cı il təvəllüdlü Fuad Abdulhalimovun naməlum şəxs tərəfindən boğaz nahiyəsinə aldığı bıçaq xəsarəti nəticəsində ölməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun və 2-ci Polis Şöbəsinin əməkdaşları gələrək müvafiq araşdırmalar aparıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1977-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aftandil Kərimov saxlanılaraq prokurorluğa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org