Azyaşlı qızın sırğalarını oğurlayan şəxslər tutuldu

Azyaşlı qızın sırğalarını oğurlayan şəxslər tutuldu
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini olan azyaşlı bir qızın qızıl sırğasının soyğunçuluq yolu ilə talanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Qasımzadə və Gülüm Kamranlı müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır. 
Gundelik-Baku.Org