İsmayıllıda QANLI OLAY: 19 yaşlı oğlan məktəblini bıçaqladı

İsmayıllıda QANLI OLAY: 19 yaşlı oğlan məktəblini bıçaqladı
İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib.
Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. H.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.
Gundelik-Baku.Org