Tərtər sakini qohumunu öldürdü

Tərtər sakini qohumunu öldürdü
Tərtərdə 52 yaşlı kişi qohumu tərəfindən qətlə yetirilib.
Ötən gün rayonun Seydimli kəndi ərazisində 1970-ci il təvəllüdlü Müşviq Orucovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin qohumu, 1970-ci il təvəllüdlü Ərəstun Orucovun bıçaqla Müşviq Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 Faktla bağlı cinayət işi başlanıb. Ərəstun Orucov şübhəli şəxs qismində tutulub. İstintaq davam edir.
Gundelik-Baku.Org