Gəncədə 6 məktəbli zəhərləndi

Gəncədə 6 məktəbli zəhərləndi
Oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verib.
İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir.
Qeyd edək ki, zəhərlənənlər Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləridir. 
Gundelik-Baku.Org