Gədəbəydə atışma: İnsidenti yaradan axtarışa verildi - Video

Gədəbəydə atışma: İnsidenti yaradan axtarışa verildi - Video
Gədəbəy rayonunda iş adamı havaya atəş açıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 
Həmin şəxs odlu silahla havaya atəş açıb və bunun görüntüləri paylaşılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov açıqlamasında bildirib ki, sosial şəbəkələrdə sözügedən videogörüntülər paylaşıldıqdan sonra dərhal Gədəbəy Rayon Polis Şöbəsində müvafiq araşdırmalar həyata keçirilib:
"Keçirilən müəyyən tədbirlər nəticəsində videodakı şəxsin Gədəbəy rayon Arıxdam kənd sakini Tural Məmmədov olması müəyyən edilib. O, hazırda ölkə xaricindədir. Hazırda həmin şəxsin istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir".
Oxu.az-ın əldə etdiyi məlumata görə, həmin şəxs iş adamıdır və hazırda Dubaydadır.

Gundelik-Baku.Org