Ağcabədidə narkotikə görə iki nəfər saxlanıldı

Ağcabədidə narkotikə görə iki nəfər saxlanıldı
Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq narkotik tərkibli bitkinin kultivasiyasında və oğurluq əməlləri törətməkdə şübhəli bilinən iki nəfər - Çingiz Əliyev və Qalib Musayev saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Çingiz Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, rayon sakini Qalib Musayevin evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlayaraq zərərçəkmiş şəxsə 8 600 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Hər iki faktla bağlı Ağcabədi RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org