Gəncədə partlayış - Yaşlı qadın öldü

Gəncədə partlayış - Yaşlı qadın öldü
Gəncədə qaz partlaması nəticəsində xəsarət alan yaşlı  qadın xəstəxanada ölüb.
Sentyabr ayının 29-da Gəncə şəhər sakini, 1950-ci il təvəllüdlü Nadya Qayalova yaşadığı evdə hamam isidicisini yandıran zaman qaz partlayışı olub, nəticədə vətəndaş 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Göstərilən bütün tədbirlərə baxmayaraq N. Qayalova sentyabr ayının 30-da Bakı şəhər yanıq mərkəzində vəfat edib.
Gundelik-Baku.Org