Qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alındı

Qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alındı
Mingəçevirdə qanunsuz balıq ovu ilə bağlı 8 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən cari il ərzində keçirilən tədbirlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan şəxslər məsuliyyətə cəlb edilib və onlardan yarım tondan artıq balıq müsadirə edilərək aidiyyəti üzrə təhvil verilib.
Ekoloji cinayətlərə qarşı mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının xidməti ərazidə keçirdikləri əməliyyatlar nəticəsində qanunsuz balıq ovuna görə 2022-ci ilin 9 ayı ərzində 8 cinayət və 8 inzibati fakt qeydə alınıb.
Həmin əməlləri törədən şəxslərdən 507 kiloqram balıq, 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 12 tor götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gundelik-Baku.Org