Bakıda yataqxanada baş verən yanğın söndürüldü

Bakıda yataqxanada baş verən yanğın söndürüldü
Qaradağ rayonunda yerləşən yataqxanada baş verən yanğın söndürülüb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Bina sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar.
17:22
Qaradağ rayonunda yataqxana yanır. 
Hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Yataqxana binasında başlayan yanğın qısa müddətdə güclənib. 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri çağırılıb. 
FHN-dən verilən məlumata görə, aidiyyəti üzrə əraziyə briqada göndərilib:
“Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən dördmərtəbəli yataqxananın ikinci mərtəbəsində yanğın baş verib. Dərhal yanğından mühafizə bölmələri əraziyə cəlb ediliblər. Yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər görülür”.


Gundelik-Baku.Org