Bakıda yaşayış binasının qarajında maşın yandı

Bakıda yaşayış binasının qarajında maşın yandı
Nizami rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org