Bakıda sahilə yaxın ərazidəki qurğu yanğın söndürülüb -YENİLƏNİB

Bakıda sahilə yaxın ərazidəki qurğu yanğın söndürülüb -YENİLƏNİB
Bakı şəhəri, Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
17:14
Səbail rayonunda sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbərinə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda, sahilə yaxın ərazidə doğranmaqda olan qurğuda yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi əraziyə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Gundelik-Baku.Org