Xaçmazda yaşayış binasında YANĞIN

Xaçmazda yaşayış binasında YANĞIN
Xaçmaz şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 2 ədəd döşək yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org