Bakıda evdə YANĞIN

Bakıda evdə YANĞIN
Bakı şəhərinin Səbail rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org