Bakıda 2 mərtəbəli evdə yanğın

Bakıda 2 mərtəbəli evdə yanğın
Bakıda ikimərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Suraxanı rayonunda ümumi sahəsi 130 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org