Sumqayıtda yataqxanada yanğın oldu

Sumqayıtda yataqxanada yanğın oldu
Sumqayıtda yataqxanada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan mənzildə 1 ədəd çarpayı, 1 ədəd televizor və 1 ədəd elektrik qızdırıcısı yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org