Bakıda binada yanğın olub, 4 nəfər təxliyə edilib (YENİLƏNİB)

Bakıda binada yanğın olub, 4 nəfər təxliyə edilib (YENİLƏNİB)
Bakı şəhəri, Yasamal rayonu, Əhəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan ikiotaqlı mənzilin eyvanında 2 ədəd su qızdırıcısı və 0,5 p.m dolab yanıb, yüksək temperaturdan eyvanın pəncərə çərçivəsi qismən qarsalanıb.
FHN-nin saytı xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***15:03
Bakıda yaşayış binası yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Gundelik-Baku.Org