İki rayonda yanğın baş verib

İki rayonda yanğın baş verib
Zaqatala rayonunun Əliabad qəsəbəsində ümumi sahəsi 180 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Tovuz şəhərində ümumi sahəsi 220 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərmir) yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org