Bakıda evdə YANĞIN

Bakıda evdə YANĞIN
Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində (Kənd Əhmədli), Balaxan Süleymanov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinin mətbəxində yanğın baş verməsi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Gundelik-Baku.Org