Bakıda evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakıda evdə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
14:35
Bakının Xətai rayonu, R.Quliyev küçəsində fərdi yaşayış evi yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Gundelik-Baku.Org