Bakıda YANĞIN - Tüstüdən zəhərlənən var

Bakıda YANĞIN - Tüstüdən zəhərlənən var
Bakıda tikilidə yanğın olub, tüstüdən zəhərlənən var.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Xətai rayonunda bağ ərazisində ümumi sahəsi 6 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org