Bakıda qamışlıqdakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda qamışlıqdakı yanğın söndürüldü - YENİLƏNİB
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Əlavə məlumat veriləcək.
***
14:03
Bakıda qamışlıq ərazi yanır.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Gundelik-Baku.Org