Xaçmazda zəncirvari qəza - xəsarət alanlar var

Xaçmazda zəncirvari qəza - xəsarət alanlar var
Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Volkswagen-Passat” və "VAZ-2107" markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ" markalı yük maşınına çırpılıb.
Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Şahidlərin şözlərinə görə, hadisəyə səbəb "Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org