Mikroavtobusla “BMW” toqquşdu - ÖLƏNLƏR VAR

Mikroavtobusla “BMW” toqquşdu - ÖLƏNLƏR VAR
Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 30-da saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Sabirabad rayon sakini E.Əlizadənin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Sumqayıt şəhər sakini Şahin Fətullayevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub. Nəticədə Ş.Fətullayev və sərnişinlərindən Bəymirzə Mərdanov hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gundelik-Baku.Org