Bakıda maşınla TIR toqquşdu - İki nəfər öldü

Bakıda maşınla TIR toqquşdu - İki nəfər öldü
Bakıda avtomobil TIR-la toqquşub.
Hadisə Səbail rayon ərazisində qeydə alınıb.
1996-cı il təvəllüdlü Vasif Behbudov idarə etdiyi "VAZ 2107" markalı avtomobil İran vətəndaşı, 1985-ci il təvəllüdlü Naziri Çiqlanın idarə etdiyi TIR-la toqquşub. Nəticədə, sürücü və avtomobilin qabaq oturacağında oturan, şəxsiyyəti hələlik məlum olmayan daha bir nəfər ölüb, iki nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb
Gundelik-Baku.Org