Dünyanın ən çirkli adamı öldü

Dünyanın ən çirkli adamı öldü
İranda yaşayan dünyanın ən çirkli adamı Amu Hacı 94 yaşında dünyasını dəyişib.
Xarici media xəbər verir ki, Hacı 60 ildən artıq idi ki, yuyunmurdu.
O, müsahibələrinin birində xəstələnməkdən qorxduğu üçün duş qəbul etməyi dayandırdığını demişdi. Hacı sabun və suya nifrət etdiyini, hətta vanna qəbul etmək fikrinin belə ona fiziki və mənəvi əzab verdiyini bildirmişdi. Bundan əlavə, onun ən çox sevdiyi yemək çürük kirpi əti olub və paslı yağ qabından su içməyə üstünlük verib. 
Hacı ömrünün çox hissəsini Dejqa kəndində keçirib.
Gundelik-Baku.Org