Rusiyalı iş adamı Norveçdə saxlanıldı

Rusiyalı iş adamı Norveçdə saxlanıldı
Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin böyük oğlu, iş adamı və Venture Investments & Yield Management (VIYM) fondunun həmtəsisçisi Andrey Yakunin Norveçdə saxlanılıb. 
Bu barədə məlumatı Rusiyanın Norveçdəki səfirliyi təsdiqləyib. 
Diplomatların sözlərinə görə, o, kömək üçün onlara müraciət etməyib: "Norveç polisi bizə təsdiqlədi ki, saxlanılan şəxs Andrey Yakunindir, ona vəkil də verilib". 
Qeyd edək ki, Yakuninin oktyabrın 19- da saxlanılıb. O, avqustun sonunda Svalbardda tətildə olarkən pilotsuz təyyarə buraxmaqda günahlandırılıb.
Gundelik-Baku.Org