Toyu yasa çevirən Salman Bakı həbsxanasında öldü

Toyu yasa çevirən Salman Bakı həbsxanasında öldü
Bakıda həbsxanada daha bir ölüm hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində baş verib.
Burada saxlanılan 1969-cu il təvəllüdlü Qurbanov Salman Kərim oğlu dünyasını dəyişib.
Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, S. Qurbanov 2015-ci ildə Masallıda şadlıq evinin qarşısında həmkəndlisi, toya gələn 1983-cü il təvəllüdlü İntizam Rzayevin ürəyinə 3 dəfə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Gundelik-Baku.Org