Dünyanın ən gözəl qadınının adı məlum oldu

Dünyanın ən gözəl qadınının adı məlum oldu
“Killing Eve” serialının ulduzu, britaniyalı aktrisa Codi Komer dünyanın ən gözəl qadını seçilib.
Xarici KİV xəbər verir ki, Codi Londondakı kosmetik və plastik cərrahiyyə mərkəzinin rəhbəri doktor Culian De Silvanın tərtib etdiyi reytinqdə birinci yeri tutub.
Məşhur plastik cərrah bir ildən artıqdır ki, məşhur modellər, aktrisalar və müğənnilər arasında ilk gözəllərin oxşar reytinqini tərtib edir.
Julian De Silva 29 yaşlı Codi Komerin xarici görünüşünü mükəmməl adlandırıb.
Gundelik-Baku.Org