Rusiyalı qubernatorun oğlu İtaliyada SAXLANILDI

Rusiyalı qubernatorun oğlu İtaliyada SAXLANILDI
Rusiyada Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu İtaliyada saxlanılıb.
Gazeta.ru xəbər verir ki,  Uss ABŞ hakimiyyəti tərəfindən sanksiyalardan yayınma və çirkli pulların yuyulmasında ittiham olunan oğlunun saxlanılmasına reaksiya verib. 
O hesab edir ki, ABŞ hakimiyyəti Artyomu qanunsuz həbs edib və bütün ittihamların aydın siyasi mənası var.
"Bütün dünyada sərbəst şəkildə satılan və alınan neft məhsullarının, ictimaiyyətə açıq olan avadanlıq və texniki vasitələrin tədarükü birdən-birə ABŞ hakimiyyəti tərəfindən qanunsuz elan edilir. Niyə? Yalnız ona görə ki, bu, Rusiyanın xeyrinə edilir”.
Bildirək ki, Krasnoyarsk diyarının qubernatorunun oğlu Artyom Uss da daxil olmaqla, beş Rusiya vətəndaşı ABŞ tərəfindən sanksiyalardan yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.
Gundelik-Baku.Org