İrandakı etirazlarda 201 nəfər ölüb

İrandakı etirazlarda 201 nəfər ölüb
Təxminən bir ay əvvəl İranda Məhsa Əmininin “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişməsi və ardınca baş verən etirazlar olduqca geniş vüsət alıb.
Bloomberg xəbər verir ki, indiyədək iğtişaşlarda ən azı 201 nəfər ölüb.
Tehranda yerləşən Uşaq Hüquqlarını Müdafiə Cəmiyyəti bazar ertəsi verdiyi açıqlamada, etirazlarda 28 uşağın öldürüldüyünü və bunların Əfqanıstan və Pakistanla həmsərhəd olan cənub-şərqdəki Sistan-Bəlucistan əyalətində baş verdiyini bildirib.
Etirazçılar ölkədə təhlükəsizlik qüvvələrinin atəş açarkən döyüş mərmilərindən istifadə etdiklərini bildirirlər.
Gundelik-Baku.Org