Müğənni səhnədə dünyasını dəyişdi - VİDEO

Müğənni səhnədə dünyasını dəyişdi - VİDEO
Mikaben kimi tanınan haitili müğənni Maykl Benjamin Parisdə konsert zamanı dünyasını dəyişib. 
Xarici KİV xəbər verir ki, o "Carimi" qrupunun dəvəti ilə səhnəyə çıxıb. Belə ki, müğənni çıxışını bitirib getmək istəyəndə səhnədə yerə yıxılıb. 41 yaşlı müğənni infarkt keçirib.
Tezliklə hadisə yerinə çatan tibb işçiləri onun həyatını xilas edə bilməyiblər. Mikabenin ölümündən sonra zal boşaldılıb. 1981-ci ildə Haitinin paytaxtı Port-au-Prinsdə anadan olan Mikaben həm də məşhur müğənni Lionel Benjaminin oğlu idi.


Gundelik-Baku.Org