"Hacı"dan sonra əlbəəl gəzən şirkət - Ümid Knyazın oğluna qaldı

"Hacı"dan sonra əlbəəl gəzən şirkət - Ümid Knyazın oğluna qaldı
Xəbər verdiyimiz kimi, ölkənin tanınmış kolbasa-sosis istehsalçısı olan "Səhliyalı” KM sahibi dəyişib. Elşən Bəkir Bəkir oğlu artıq sözügedən müəssisənin qanuni təmsilçisi deyil. "Səhliyalı”nın hazırki qanuni təmsilçisi Rövşən Səmədov Knyaz oğludur.
 
Həmçinin qeyd etmişdik ki, bir zamanlar "Hacı"  və modelyer sevgilisi ilə məşhurlaşan şirkət,deyəsən son dövrlər "tik-toker"lərin reklamları ilə "qabağa düşmək" istəyir.  Çünki son zamanlar (tiktok ölkədə məhdudlaşdırılana qədər) "tiktoker" reklamlara üstünlük verilib.

AMİA.AZ-ın redaksiyasına şirkətlə bağlı daha bir xəbər daxil olub. Məlumatda iddia edilir ki, Rövşən Səmədov şirkətdə bütün səlahiyyətləri ələ alıb.  Belə ki, şirkətin keçmiş rəhbərliyi ilə tamamı ilə münasibətləri kəsib. 

Hətta şirkətdə ixtisarlarada start verilib.  

Məlumatı saytımıza verən şəxs iddia edir ki, keşmiş rəhbərlikdən qalan borclarla bağlı hələ ki, dəqiq məlumat yoxdur.   
Bildirək ki, "Səhliyalı” KM-in tərkibindəki "1000 Bərəkət Halal Nemət” MMC-nin qanuni təmsilçisi isə dəyişməyib, hələ də İlham Bəşirov Bəşir oğludur. "Səhliyalı” KM-nin nizamnamə kapitalı 759000 AZN-dir.  

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq./AMİA.AZ

Gundelik-Baku.Org