Rusiyalı deputat xəstəlikdən vəfat etdi

Rusiyalı deputat xəstəlikdən vəfat etdi
Rusiya Dövlət Dumasının deputatı, Dumanın Energetika Komitəsi sədrinin birinci müavini Nikolay Petrunin vəfat edib.
Rus mediası xəbər verir ki, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb. 
Bildirilir ki, deputat ağır xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.
"Nikolay Yuryeviç 2016-cı ildən Tula vilayətini təmsil edir, Dövlət Dumasının Energetika Komitəsi sədrinin birinci müavini olub", - məlumatda deyilir.
2021-ci ilin sentyabrında Petrunin 8-ci çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına deputat seçilib. 
Gundelik-Baku.Org