Pakistanda binanın damı uçdu: Ölənlər var

Pakistanda binanın damı uçdu: Ölənlər var
Pakistanın Gilgit-Baltistan bölgəsində yaşayış binasının damının uçması nəticəsində azı 9 nəfər ölüb.
Xarici KİV xəbər verir ki, hadisə Çilas şəhərində baş verib.
Belə ki, hadisəyə səbəb kərpic damın bərbad vəziyyətdə olması olub.
Binanın damının çökməsi nəticəsində 8 uşaq və bir qadın dünyasını dəyişib. İki saatlıq xilasetmə əməliyyatı zamanı onların cəsədləri dağıntılar altından çıxarılıb.
Gundelik-Baku.Org