Şuşada şəhidlərin xatirəsinə namaz qılındı - FOTO

Şuşada şəhidlərin xatirəsinə namaz qılındı - FOTO
27 sentyabr Vətən Müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar Şuşada namaz qılınıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli paylaşım edib.
O bildirib ki, namaz Yuxarı Gövhərağa məscidində qılınıb.
“Şəhidlərimizin müqəddəs ruhlarını Quran, namaz və dualarla yad etdik”, - deyə Hacı Şahin paylaşımında bildirib.


Gundelik-Baku.Org