Rusiya bir gündə Ukraynaya 120 raket atıb

Rusiya bir gündə Ukraynaya 120 raket atıb
"Dekabrın 29-da Rusiya Ukraynaya qarşı növbəti kütləvi raket hücumu həyata keçirib, ölkəmizə 120 raket atıb". 
Bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkə hesabında yazıb.
O, həmçinin sülh danışıqları və “Rusiya Federasiyası üçün təhlükəsizlik təminatları” təkliflərini məsxərəyə qoyub. 
“Hər şeydən əvvəl, kritik infrastrukturu məhv etmək və dinc sakinləri kütləvi şəkildə öldürmək üçün “şər rus sülhü” tərəfindən buraxılan 120-dən çox raket... “Sülhməramlılardan” “sülh yolu ilə nizamlanma”, “təhlükəsizlik təminatları” ilə bağlı növbəti təklifləri gözləyirik"  – Podolyak yazıb.
Gundelik-Baku.Org