"Kiyevdə bir dənə də olsun raket hücumu həyata keçirilməyib" - Rusiya MN

"Kiyevdə bir dənə də olsun raket hücumu həyata keçirilməyib" - Rusiya MN
"Rusiya hərbçiləri Ukrayna obyektlərinə kütləvi zərbələr endirərkən Kiyevdəki hədəflərə zərbə endirməyib".
Gazeta.ru xəbər verir ki,  bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. 
"Biz həmçinin xüsusi olaraq vurğulamaq istəyirik ki, noyabrın 15-də Ukrayna ərazisindəki obyektlərə yüksək dəqiqlikli silahlardan kütləvi zərbə endirilməsi zamanı Kiyev şəhərindəki obyektlərə bir dənə də olsun raket hücumu həyata keçirilməyib”, - deyə o, bildirib.  
Departament qeyd edib ki, Ukrayna və xarici hava hücumundan müdafiə sistemlərinin zenit-raket komplekslərinin düşməsi Ukrayna paytaxtının yaşayış məntəqələrində dağıntılara səbəb olub.
Bundan əvvəl Ukraynanın Energetika Nazirliyinin rəhbəri German Qaluşenko bildirib ki, noyabrın 15-də ölkənin infrastrukturuna xüsusi hərbi əməliyyat başlayandan bəri ən böyük zərbə vurulub. Kiyevdə və Ukraynanın digər böyük şəhərlərində partlayışlar baş verib. Odessa, Nikolayev, Lutsk və Dnepr qismən işıqsız qalıb. Lvov 80% enerjisiz qalıb, şəhər isti su və işıqsız qalıb.
Gundelik-Baku.Org