Rusiya və Belarusun birgə qoşun qruplaşması barədə Ukraynadan açıqlama

Rusiya və Belarusun birgə qoşun qruplaşması barədə Ukraynadan açıqlama
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin suverenliyini Rusiya Federasiyasına satmağa davam edir.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak tvitterdə yazıb.
“Belarus Prezidentinin uydurulmuş bəhanə əsasında Rusiya və Belarusun birgə qoşun qruplaşması yaratması barədə bəyanatı işğalın rəsmiləşdirilməsidir. Ukrayna bütün riskləri dəyərləndirir və hər bir təhdidə hazırdır. Vəziyyət nəzarət altındadır və hazırda Belarusdan ərazilərimizə yenidən müdaxilənin əlamətləri yoxdur”, – deyə Podolyak bildirib.
Gundelik-Baku.Org