"Kiyev özünü ən təhlükəli terrorçularla bir cərgəyə qoyub" - Putin

"Kiyev özünü ən təhlükəli terrorçularla bir cərgəyə qoyub" - Putin
"Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil".
Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib.
Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi ilə bağlı danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub.
Putin bu gün səhər Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb. “Səhər yüksək dəqiqlikli silahlara Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, deyə o qeyd edib.
Gundelik-Baku.Org