Sərnişin Ukraynaya qarşı həyata keçirilən raket hücumunu təyyarədən qeydə aldı

Sərnişin Ukraynaya qarşı həyata keçirilən raket hücumunu təyyarədən qeydə aldı
Bu gün səhər saatlarından etibarən Ukrayna şəhərləri Rusiya ordusu tərəfindən genişmiqyaslı raket atəşinə məruz qalıb.
Məlumatı Kiyevin meri Vitali Kliçko da təsdiq edərək bildirib ki, şəhərin Desnyansk və Dnepr rayonlarında partlayışlar baş verib, dağıntılar var.
Ukraynanın bəzi şəhərlərdə elektrik enerjisinin, istiliyin verilməsi tamamilə dayandırılıb.
Sosial şəbəkələrdə isə Moldova üzərində uçan təyyarədən Ukraynadakı partlayışların görüntüləri yayılıb.
Sərnişinlərdən biri raket hücumları nəticəsində səmaya qədər yüksələn tüstünün görüntülərini çəkib.

Mənbə: Unian
Gundelik-Baku.Org