Şimali Koreya üç qısamənzilli ballistik raket atıb

Şimali Koreya üç qısamənzilli ballistik raket atıb
Dekabrın 31-də səhər Koreya Xalq Demokratik Respublikası Yapon dənizinə üçqısa mənzilli ballistik raket atıb. 
“Yonhap” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi açıqlama yayıb.
Bildirilib ki, buraxılış ölkənin Hvanxe-Pukto əyaləti ərazisindən həyata keçirilib.
Yaponiya Sahil Mühafizəsi daha əvvəl Şimali Koreyanın raket buraxılışı ilə bağlı iki bildiriş yaymışdı. NHK kanalının mənbələrinə görə, onlar Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüblər.
Gundelik-Baku.Org