ABŞ Ukraynaya HIMARS sursatları göndərəcək

ABŞ Ukraynaya HIMARS sursatları göndərəcək
Birləşmiş Ştatlar Ukraynaya yeni yardım paketi çərçivəsində HIMARS döyüş sursatı, 155 mm-lik NATO çaplı güllələri və İHA əks-tədbir sistemləri göndərəcək.
Bu barədə Pentaqonun yaydığı bəyanatda bildirilir.
“Bu təhlükəsizlik yardım paketi Ukraynaya hava hücumundan müdafiəni gücləndirmək üçün yeni imkanlar verəcək. Bu paket çərçivəsindəki imkanlara aşağıdakılar daxildir: yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün əlavə döyüş sursatları; 80 min 155 mm-lik artilleriya mərmisi; pilotsuz uçuş aparatları ilə mübarizə üçün avadanlıq”, - məlumatda deyilir.
HIMARS (High Mobility Artillery Rocket System) çoxlu buraxılış raket sistemi ABŞ-da BAE Systems və Lockheed Martin şirkətləri tərəfindən 1996-2000-ci illərdə hazırlanmış və 2003-cü ildən istehsal edilmişdir. ABŞ ordusunun üç oxlu təkərli FMTV şassisi əsasında yaradılmış o, altı raket və ya bir ATACMS operativ-taktiki ballistik raketi daşıya bilir, müəyyən növ sursatlar üçün effektiv atəş məsafəsi 80 kilometrə qədərdir.
Gundelik-Baku.Org